YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Azərbaycan ilə Fransa arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə inkişaf edir

Azərbaycan və Fransa arasında tərəfdaşlıq yüksək səviyyədədir. Bu tərəfdaşlıq dostluq münasibətlərinə əsaslanır və ölkələrimiz arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə inkişaf edir.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan-Fransa əlaqələrindən danışanda, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələrin inkişafında əldə olunmuş nailiyyətlər qeyd edilməlidir. İki ölkə arasında münasibətlərin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük xidmətləri var. Görülən işlər nəticəsində dostluq və tərəfdaşlıq münasibətləri daha da inkişaf edib.

Prezidentin köməkçisi Fransaya səfəri çərçivəsində Yelisey Sarayında, Xarici İşlər, Müdafiə, İqtisadiyyat nazirliklərində və digər dövlət qurumlarında keçirdiyi görüşlərdə səmərəli müzakirələr aparıldığını bildirib. O əlavə edib ki, Prezident İlham Əliyevin Parisdə Prezident Emmanuel Makron ilə görüşü, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərləri zamanı müəyyən olunmuş məsələlər və onlardan irəli gələn tapşırıqların müzakirəsi baxımından bu qəbildən olan dialoqun davam etdirilməsi çox vacibdir.

Hikmət Hacıyev Fransaya səfəri çərçivəsində fransız jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri və elmi tədqiqat mərkəzlərinin rəhbərləri ilə də görüşlər keçirdiyini qeyd edib. O, görüşlərdə Azərbaycanda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verildiyini vurğulayıb. Prezidentin köməkçisi deyib ki, Azərbaycanda və qonşu regionlarda cərəyan edən proseslər Avropada da çox ciddi şəkildə izlənilir. Belə məsələlərlə bağlı tərəf müqabillərimizin məlumatlandırılması, onlarla müzakirələr aparılması çox önəmlidir.