YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: 2019-cu ildə aparılan sosial islahatlar daha çox aztəminatlı, məcburi köçkün və qaçqın, eləcə də şəhid ailələrini, müharibə veteranlarını əhatə etdi

Dövlətimizin güclü sosial siyasətinin əsasında dinamik iqtisadi inkişaf və rasional iqtisadi islahatlar durur”. Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir: “Sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni uğurlu sosial siyasətin, islahatların fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi, eyni zamanda, perspektiv inkişafın təməl komponentlərini təşkil edir”.
Millət vəkili deyib ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi də yüksək səviyyədə təşkil edilir. Belə ki, xüsusilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi yüksək səviyyədə təşkil edilməkdə və bəhs olunan kateqoriyaya məxsus insanların sosial təminat və ehtiyaclarına xüsusi diqqət yetirilməkdədir: “Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 2019-cu ildə aparılan sosial islahatlar daha çox aztəminatlı, məcburi köçkün və qaçqın, eləcə də şəhid ailələrini, müharibə veteranlarını əhatə etdi. Cənab Prezidentimiz yerli jurnalistlərə müsahibəsində bildirdi ki, bu il məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edilib. O cümlədən 800-ə yaxın şəhid ailəsi, müharibə əlilinə ev verilib. Ölkəmizdə 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, 6 mindən çox müharibə əlilinə maşın verilib. Görülən işlər həm Azərbaycan dövlətinin gücünü, həm də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir”.