YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: 2019-cu ildə aparılan sosial islahatlar daha çox aztəminatlı, məcburi köçkün və qaçqın, eləcə də şəhid ailələrini, müharibə veteranlarını əhatə etdi

“Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən ölkəmiz öz inkişafını, bir qayda olaraq, zamanın dəyişən tələblərinə uyğun qurur. Onun sözlərinə görə, iqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da artır. Ölkəmizin dinamik iqtisadi inkişafı həmçinin güclü sosial siyasətlə tamamlanır. Belə ki, milli iqtisadiyyatımızın potensialının artması öz növbəsində sosial sferada bilavasitə insanların həyat səviyyəsinin yüksəlməsinə hesablanan genişmiqyaslı islahatların həyata keçirilməsinə yeni imkanlar açır.

“Dekabrın 23-də cənab Prezidentimiz yerli jurnalistlərə müsahibəsində bildirdi ki, gələcək sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır və iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 2019-cu ildə aparılan sosial islahatlar daha çox aztəminatlı, məcburi köçkün və qaçqın, eləcə də şəhid ailələrini, müharibə veteranlarını əhatə etdi. Bu il məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edilib. O cümlədən 800-ə yaxın şəhid ailəsi, müharibə əlilinə ev verilib. Ölkəmizdə 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, 6 mindən çox müharibə əlilinə avtomobil verilib. Bu bir daha göstərir ki, strateji xəttə uyğun olaraq dövlətimiz 2019-cu ildə də insanların sosial rifahının yüksəldilməsi, aztəminatlı və xüsusi həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıb”-deyə, deputat qeyd edib.