YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərəh Əliyeva: “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin islahatlar kursunun bir halqasıdır

“Yüksəliş” müsabiqəsində qarşıya qoyulan məqsədlərdən biri yeni nəsil idarəçilərin müəyyənləşdirilməsidir. Bu müsabiqə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun bir halqasıdır.

Bu fikirləri “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə başlanılması ilə bağlı keçirilən mətbuat konfransında Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib.

Fərəh Əliyeva bildirib ki, kadr ehtiyatı bankının yaradılması üçün bu müsabiqə ən əlverişli müsabiqələrdən biri olacaq. Şöbə müdiri vurğulayıb ki, Azərbaycanda idarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. Müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək.

 

 

DİGƏR Xəbərlər Arxiv