YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Xalqın Prezidentinə - İlham Əliyevə inamı, etimadı birə-beş artırıb

Azərbaycanın ən yeni tarixinə yazılan son 16 ildə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

Ölkə Prezidentinin yorulmadan, usanmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə yürütdüyü siyasət nəticəsində ölkədə sabitlik tam bərqərar olub.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, təməlində ulu öndər Heydər Əliyev tərəfindən dəqiqliklə hazırlanan müstəqil dövlətin inkişaf kursu dayanan, bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın həm cəmiyyəti, həm də dövləti suverenlik və tərəqqi yolunda sürətlə inkişaf edən ən uğurlu müstəqil dövlətinə çevrilib. Son illərə nəzər salsaq istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələrin fəth edildiyinin, sözün həqiqi mənasında nəhəng irəliləyişin əldə edildiyinin şahidi olarıq. Azərbaycanın dünyada yüksək nüfuza malik olmasını, regiondakı strateji əhəmiyyətli layihələrin Azərbaycanın razılığı ilə reallaşmasını nəzərə alan böyük dövlətlərinin başçıları müstəqil dövlətimizlə, onun Prezidenti daim milli və dövləti maraqlardan çıxış edən İlham Əliyevlə əməkdaşlığa can atırlar.

Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən siyahıda Azərbaycanın 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşmasının təməlində ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasətin müəllifi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması dayanır. Güclü ölkələrin siyahısında ölkəmizin yer alması bir daha onu göstərir ki, ölkəmiz güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib bir ölkəyə çevrilib. Bundan əvvəl də Davos İqtisadi Forumunun, Dünya Bankının son hesabatlarında Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu, islahatların reallaşdırılması, əhaliyə göstərilən dövlət xidmətlərinin inklüzivliyinin artırılması, biznes mühitinin daha da optimallaşdırılması və digər istiqamətlərdə qazandığı möhtəşəm nailiyyətlər, ölkəmizin mövqeyinin ildən – ilə əhəmiyyətli dərəcədə yaxşılaşdığı qeyd olunub.

Bu günlərdə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclasının Bakıda keçirilməsi,mötəbnər təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil verilməsi ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə yazıldı. Ölkəmizin paytaxtında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündən, dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurum olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündən sonra da hər iki təşkilata rəhbərlik ölkəmizə keçib. BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilməsi onu göstərir ki, dünya birliyinin ən azı üçdə iki hissəsi Azərbaycanı dəstəkləyir, Prezident İlham Əliyevin  siyasət konsepsiyasına böyük qiymət verir. Beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, ölkəmizin üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirir, mötəbər təşkilatlara uğula rəhbərlik edir.

Ölkə Başçısının siyasi-diplomatik fəaliyyəti nəticəsində Azərbaycan təhlükəsizliyin təminində, dünya dövlətləri ilə əməkdaşlığın beynəlxalq hüquq çərçivəsində inkişafında, enerji siyasətini müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirməkdə, nəqliyyat dəhlizlərinin yaradılmasında kifayət qədər uğurlar əldə edilib. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə ölkəmiz üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Multikulturalizmin Azərbaycan modelini dünyaya təqdim edən, milli maraqlar çərçivəsində çıxış edən Prezident İlham Əliyevin istəyi də ədalətin bərpa olunması, münaqişənin sülh yolu ilə həll edilməsi, regionda sabitliyin bərqərar edilməsidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə həlli edilməsinin tərəfdarı olan Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı çıxışı, qətiyyətlə səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi tarixə yazılıb. "Valday” Beynəlxalq Diskussiya Klubu kimi motəbər bir forumun tribunasından Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş sərrast bəyanat Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Xankəndidəki görüşü zamanı "Qarabağ Ermənistanındır, nöqtə” şəklində ifadə olunmuş sərsəm fikrinə beynəlxalq ictimaiyyət qarşısında obyektiv siyasi və diplomatik cavab oldu. Real gerçəkliyin ifadəsi olan “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyənatı Prezident İlham Əliyevin müdrikliyini, hazırcavablığını bir daha təsdiq etdi. Bu həmçinin Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna daha bir mesaj oldu.

Ölkə Prezidenti İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları sayəsində əldə edilən uğurlar, nailiyyətlər birbaşa vətəndaşların gəlirlərinin artmasına, sosial rifah halının yüksəldilməsinə zəmin yaradıb. Dövlət Başçısının ölkə vətəndaşlarının sosial müdafiəsini daha da gücləndirmək məqsədilə imzaladığı fərman və sərəncamlar ölkəmizdə iqtisadi və sosial sferalarda yeni inkişaf dövrünün başlanğıcına təkan verib, əhalinin əmək haqlarında, müavinətlərində, pensiyalarında və bütövlükdə əhalinin real gəlirlərinin artırılması sahəsində ciddi müsbət dəyişikliklər olub. Bununla bu kateqoriyadan olan vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi, sağlamlıqlarının qorunması və sosial müdafiəsinin təmin edilməsi, fəaliyyətinin artırılması istiqamətində müsbət dəyişikliklərə imza atılıb.

Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində aparılan ardıcıl addımlar xalqının öz rəhbərinə olan sevgisini birə-beş artırıb. Xalq yaxşı bilir ki, Prezident İlham Əliyevin humanizmi, daim xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyü zəfərlərə doğru aparır.

 

DİGƏR Xəbərlər Arxiv