YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zurab Pataradze: Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir

Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir.

Bu sözləri Tbilisidə jurnalistlərə müsahibəsində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze söyləyib.

Onun sözlərinə görə, cari ilin 10 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 850 milyon dollar təşkil edib.

“Biz hesab edirik ki, yaxın illərdə bu göstərici daha da artacaq. Bunun üçün geniş imkanlar var”, - deyə Z.Pataradze vurğulayıb.

Diplomat deyib ki, Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin Tbilisidə keçirilən görüşündə ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın perspektivləri, eləcə də turizm, nəqliyyat sahəsində daşınmalar və digər vacib məsələlər müzakirə olunub, müəyyən razılaşmalar əldə edilib.