YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər məntəqələrdə onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirirlər

On saylı Binəqədi üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun davam edir.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsi üzrə 1270 seçici qeydiyyatdadır. Məntəqə seçki komissiyasının sədri Ziyad Nəbiyev bildirib ki, məntəqə bütün zəruri avadanlıqla, seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq, yeni nəsil şəxsiyyət vəsiqələrini tanımaq üçün xüsusi cihazlarla təmin edilib. Hər hansı qayda pozuntusu aşkarlanmayıb.

Bu seçki məntəqəsində səs verən Nüsrəddin Əliyev bildirib ki, seçicilər üçün yaradılan şərait yüksək səviyyədədir. Hər kəs öz hüququndan istifadə edib istədiyi namizədlərə səs verə bilər. Yeni bələdiyyə üzvlərindən gözləntilərimiz odur ki, ölkədə gedən inkişaf proseslərində yaxından iştirak etsinlər.