YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə seçiciləri 145 namizəd arasında seçim edir

Dekabrın 23-də respublikamızın hər yerində olduğu kimi, Gəncədə də bələdiyyə seçkiləri seçicilərin ruh yüksəkliyi və fəallığı ilə davam edir.

Səhər saat 8.00-dan etibarən Gəncədə fəaliyyət göstərən 37, 38, 39, 40 saylı Seçki Dairələri üzrə 107 məntəqəsi qapılarını seçicilərin üzünə açıb. Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 151 min 375 nəfərdir. Onlardan 870 nəfəri seçkidə ilk dəfə iştirak edir və 4 nəfərinin 18 yaşı elə seçki günü, yəni 23 dekabr tarixində tamam olur.

Seçkilərdə Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi, Gəncə Şəhər Nizami Rayon Bələdiyyəsi və Gəncə Şəhər Kəpəz Rayonu Hacıkənd qəsəbə Bələdiyyəsi üzrə ümumilikdə 43 üzv seçiləcək. Mübarizə aparan namizədlərin ümumi sayı isə 145 nəfərdir.
Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, həmçinin etibarlı rabitə sistemi və elektrik generatorları ilə təchiz olunub. Bu dairələr üzrə seçkilərin gedişini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 1369 nəfər yerli müşahidəçi izləyir.