YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Prezident İlham Əliyevin praqmatik siyasəti Azərbaycan tarixində zəfər dolu səhifələr açır

“Ötən illərə nəzər salsaq son illərdə ölkənin daxili, xarici siyasətində əldə olunan uğurlar nəticəsində Azərbaycanın dünyadasiyasi,iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərdiyinin şahidi olarıq. Müstəqil Azərbaycanın ucqar kəndindən tutmuş paytaxtınadək günü-gündən inkişaf etdiyini, tərəqqisini görmək üçün sadəcə ətrafımıza nəzər salmaq, ötən illərlə bir balaça müqayisə etmək kifayətdir”. Bu fikirləri  Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə deyib.

P.Kərimzadə  bildirib ki, dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycanın qələbələr, nailiyyətlərlə dolu tarixinin yeni səhifələri bu gün ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti sayəsində yazılır. Onun sözlərinə görə, hələ keçən əsrin 90-cı illərdə, ölkəmizin ağır iqtisadi böhran yaşadığı, ölkəni dirçəltmək üçün ümidin yalnız dənizin dibindəki neftə qaldığı vaxtlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının reallaşmasında o vaxt Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyevin də tarixi xidmətləri olub: “Ulu Öndər çox böyük uzaqgörənliklə xarici şirkətləri Xəzər neftinin çıxarılmasına cəlb etməyə çalışırdı. İlham Əliyevin xarici dilləri, beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, əcnəbi investorları Azərbaycana sərmayə yatırmağın hədər getməyəcəyinə inandırması bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasına yardım etdi. Həmin neft kontraktı Azərbaycanı inkişaf yoluna çıxardı və neft sənayesinin, bütövlükdə ölkənin sonrakı taleyində həlledici rol oynadı. 16 il əvvəl isə xalqımız növbəti dəfə müdrikvə düzgün seçim edərək, gələcək taleyini ulu öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevə etibar etdi. Bu seçim Ümummilli Lider Heydər Əliyev siyasi kursunun uğuru ilə yanaşı, onun varisinə inam və etimaddan güc alırdı. Xalq seçimində yanılmadı. Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi xəttini uğurla və layiqincə davam etdirən cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları, müdrik qərarları ilə 16 ildə Azərbaycan misilsiz inkişaf yolu keçdi, beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirdi.Azərbaycanın ən yeni tarixinə yazılan son 16 ildə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edildi, böyük uğurlara imza atıldı, ölkədə sabitlik tam bərqərar oldu”.

P.Kərimzadə deyib ki, ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapdı: “Uğurla həyata keçirilən sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayandığı üçün dövlət Başçısının sərəncamları, qərarları vətəndaş rifahı naminə atılan yeni mərhələ oldu. Ölkəmizin dünyada artan siyasi nüfuzu ilə yanaşı iqtisadi reytinqi də irəlilədi. Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirərək sosial dövlət modelinin ixracatçısına çevrildi. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanıb. Ölkə başçısının 16 il əvvəl söylədiyi “Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir, bu, mənim borcumdur”- sözləri bu gün tam təsdiqini tapıb. Cənab İlham Əliyev ölkə rəhbəri kimi fəaliyyətə başladığı dövrdən xalqın marağını hər şeydən üstün tutan, xoşniyyətli əməlləri, imzaladığı fərman və sərəncamları, praqmatik qərarları ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Hər zaman xalqın yanında olan dövlətimizin başçısı xoş və sevincli günlərində olduğu kimi dar gündə dəvətəndaşların kədərinə şərik çıxıb, onların əsl himayədarına çevrilib. Çətinə, dara düşən hər bir azərbaycanlı inanır ki,onun köməyinə, dəstəyinə ilk inandığı, etibar etdiyi Prezidenti – cənab İlham Əliyev gələcək və dəstək olacaq. Xalqa müraciət edərək “Mənə güc verən sizin mənə olan inamınızdır” söyləməsi, həmişə məmurları xalqın yanında olmağa çağırması, daim vətəndaşların qayğıları ilə maraqlanması Prezident İlham Əliyevin xalq arasında nüfuzunu daha da yüksəldib. Bu gün dövlət qayğısını, diqqətini yaşayışında, maddi-rifah halının artırılmasında görən insanların ölkə Prezidentinə olan minnətdarlıq duyğuları ölçüyəgəlməzdir. Onlar əməlləri, Vətənə, dövlətə sadiqlikləri ilə Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik” sözlərini həyat devzinə çevirdilər. Müstəqil Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin humanist siyasətinə olan etibar, inam daim ölkə vətəndaşlarına güç və qüvvət verdi. Xalq-iqtidar birliyini daha da möhkəmləndirilməsi ölkə Başçısının fikirlərini bu gün reallığa çevrdi. Son 16 ildə Ulu Öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları sayəsində əldə edilən uğurlar, nailiyyətlər xalqının rifahının təkcə bu gün deyil, gələcəkdə təmin olunmasına zəmanət yaratdı”.

DİGƏR Xəbərlər Arxiv