Xəbərlər
Bolqarıstan Prezidenti Azərbaycan Prezidenti İham Əliyevi təbrik edib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Zati-aliləri. Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.
Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".