YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev Meksikada COPPPAL və İCAPP 5-ci birgə görüşündə iştirak edib

27-29 noyabrda Meksikanın paytaxtı Mexiko şəhərində Latın Amerikası Siyasi Partiyalarının Təşkilatı (COPPPAL) və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) 5-ci birgə görüşü olub.

Görüşdə Yeni Azərbaycan Partiyasının  Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev iştirak edib. Tədbir haqqında yap.org.az saytına məlumat verən A.Hacıyev bildirib ki, YAP İCAPP-ın Daimi Komitəsinin üzvü kimi qurumun bütün tədbirlərində fəal iştirak edir. A.Hacıyev tədbirdə hər iki təşkilatın əlaqələri, İCAPP-ın BMT-yə müşahidəçi statusla üzv olması məsələlərinin müzakirə olunduğunu deyib. Eyni zamanda, görüş çərçivəsində Asiya və Latın Amerikası ölkələrinin iş adamlarının biznes-forumu keçirilib.

Hər iki təşkilat arasında 4-cü görüşün ötən il Bakı şəhərində keçirildiyini xatırladan A.Hacıyev qeyd edib ki, bu görüşdə əməkdaşlığın inkişafına dair vacib təkliflər verilib. Onun sözlərinə görə, Meksikada da keçirilən görüşdə əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub. «Dünyada qloballaşma prosesi gedir. Belə bir vəziyyətdə, müxtəlif qitələrin təmsilçisi olan siyasi partiyalar bir birilə sıx əlaqə qurmaq, fəaliyyətdə olmaq istəyirlər. Bu mənada belə toplantıların keçirilməsi müsbətdir»- deyə, millət vəkili qeyd edib.

İCAPP-ın BMT-yə müşahidəçi üzv olması məsələsinə gəlincə, A.Hacıyev ötən il təşkilatın nümayəndələrinin BMT Baş katibi Pan Gi Munla görüşünü xatırladıb: «Həmin görüşdə bu məsələ müzakirə olundu. Mən də həmin görüşdə iştirak etmişəm. Bildirildi ki, İCAPP-ın BMT-də müşahidəçi üzv seçilməsi üçün İCAPP-a daxil olan partiyaların təmsil olunduğu dövlətlərin razılığı lazımdır. Artıq 15 ölkə bu haqda öz müsbət mövqeyinin bildirib. Təbii ki, bu məsələ müsbət həllini taparsa, İCAPP-ın beynəlxalq nüfuzuna əhəmiyyətli təsirini göstərəcək».

YAP-ın Beyənlxalq əlaqələr şöbəsinin müdiri qeyd edib ki, biznes-forumda da hər iki qitənin iş adamları arasında əlaqələrin inkişafı diqqət mərkəzində olub: «Bilirsiniz ki, 2008-ci ildə dünyada iqtisadi böhran başladı. Bu günə qədər dünya böhranın aradan qaldırılması üçün 8,6 trilyon pul xərcələməli olub.  Siyasətsiz iqtisadiyyat yoxdur. Ona görə də, belə tədbirlər vacibdir. Biznes-forumda Nikaraquadan Şimali Amerikaya yeni kanalın inşa edilməsi müzakirə olundu. Bu haqda təklif və ideyanın hələ Bakıda keçirilən görüşdə səsləndiyi xatırlandı. Yeni layihənin səbəbi odur ki, Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirən Panama kanalı köhnəldiyi üçün yeni kanalın inşasına ehtiyac yaranıb. Layihənin dəyəri 50 milyard dollar civarındadır və bu yöndə əməli işlərin görülməsi qərara alınıb».

A.Hacıyev hesab edir ki, ümumilikdə bu tədbir siyasi partiyalar arasında əməkdaşlığın daha da inkişafı üçün faydalı olacaq.    

DİGƏR Partiya xəbərləri Arxiv