YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Mahmud Müsəvi: İranla Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır

İran ilə Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır.

Bu sözləri İranın İqtisadi İşlər və Maliyyə nazirinin müavini Əli Mahmud Müsəvi deyib.

Parsabad əyalətində səfərdə olan nazir müavini iş adamları ilə görüşündə bildirib ki, iki qonşu və dost dövlətin qərarı ilə bu əyalətdə sənaye şəhərciyi salınacaq. Azərbaycanlı iş adamları ilə yanaşı, yerli sahibkarlar da buraya sərmayə yatıra bilərlər. Onun sözlərinə görə, sənaye şəhərciyinin yeri təsadüfən seçilməyib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinə daxil olan dəmir yolu xətti bu ərazidən keçəcək ki, bu da istehsal olunacaq ixrac və idxal mallarının daşınmasını asanlaşdıracaq.

O, İran-Azərbaycan əlaqələrinin gələcəkdə daha inkişaf edəcəyini bildirib. Deyib ki, hər iki dövlətin başçısı xalqın mənafeyini rəhbər tuturlar.