YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: TÜRKPA türk dövlətləri arasında münasibətlərin daha genişləndirilməsinə xidmət edən mühüm platformadır

“TÜRKPA türk dövlətləri arasında münasibətlərin daha genişləndirilməsinə xidmət edən mühüm platformadır”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, təşkilat ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsinə, qanunvericilik sahəsində əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasına təkan verir: “Həmçinin təşkilat türk xalqlarının ortaq mədəniyyətinin və irsinin qorunmasında mühüm rol oynayır. Bu baxımdan, Bakıda keçirilən toplantıda verilən qərarlar  TÜRKPA-nın  fəaliyyətində xüsusi canlanma yaradacaq, türk xalqlarının birliyinin daha da möhkəmlənməsinə xidmət göstərəcək”.

Millət vəkili deyib ki, qarşıdakı dövrdə üzv ölkələrin milli qanunvericiliyinin yaxınlaşdırılması, model qanunların hazırlanması, komissiyaların fəaliyyətinin gücləndirilməsi, parlament aparatları arasında təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi diqqət mərkəzində olacaq. Şübhə yoxdur ki, TÜRKPA-nın məqsədlərinin həyata keçməsi üçün Azərbaycan tərəfi sədrliyi müddətində lazım olan bütün addımları atacaq.

DİGƏR Xəbərlər Arxiv