YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanın sədrliyi dövründə TÜRKPA öz fəaliyyətini daha da gücləndirəcək

“Azərbaycan region ölkələri ilə, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli, üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarıdır. Onun sözlərinə görə, Bakıda keçirilən biri-birindən mühüm və tarixi əhəmiyyətli tədbirlər türk dövlətləri arasında münasibətlərin daha da möhkəmlənməsinə, ümumilikdə türk dünyasının güclənməsinə böyük dəstəkdir.

“Bugünlərdə Bakıda TÜRKPA-nın IX plenar iclasının keçirilməsi də mühüm tədbirlərdən biridir. Türkdilli dövlətlərin siyasi iradəsi əsasında yaradılan TÜRKPA ötən  illər ərzində böyük inkişaf dövrü keçib, sürətlə təşkilatlanıb. TÜRKPA-nın  əsas fəaliyyət məqsədləri və vəzifələri türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılması və s. məsələləri əhatə edir. Hesab edirəm ki, Azərbaycanın sədrliyi dövründə bu təşkilat öz fəaliyyətini daha da gücləndirəcək”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv