YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mingəçevir şəhər təşkilatı seçicilərlə növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını davam etdirir. YAP Mingəçevir şəhər təşkilatının təbliğat qrupu şəhərin "Tərəvəzçilik sovxozu" və “Mingəçevir kəndi” adlanan yaşayış massivinin sakinləri ilə bələdiyyə üzvlüyünə namizədlərin görüşünü keçirib.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülən işlərdən danışıb, namizədlər barədə geniş məlumat verib. O, seçiciləri “Xalq üçün” şüarı ilə seçkilərə gedən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər də seçiciləri 23 dekabrda fəal olmağa, səsvermədə iştirak etməyə dəvət ediblər.