YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: Ermənistan terror siyasəti həyata keçirən dövlətdir

«Ermənistan terror siyasəti həyata keçirən dövlətdir». Bu fikri Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, Ermənistanın işğalçılıq siyasəti davam edə bilməz. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi işğal ilə yanaşı terrorizmin bir formasıdır.

«Azərbaycan tərəfi bu münaqişənin hərbi yolla deyil, sülh yolu ilə həllinə çalışır. Ermənistan isə öz növbəsində bütün danışıqlardan boyun qaçıraraq, təxribatlara əl atır. Ermənistan hökuməti və bir sıra dövlətlər nəhayət anlamalıdır ki, Azərbaycan çox dəyişib, xeyli güclənib. Problemin həlli sülh yolu ilə mümkün olmasa, Azərbaycan ərazi bütövlüyünü bərpa emək üçün başqa vasitələr üzərində düşünməli olacaq»- deyə, A. Hacıyev vurğulayıb.