YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Hər kəs qanun qarşısında bərabərdir

“Hüquqi dövlətdə hər hansı cinayətkarın adekvat şəkildə cəzalandırılması adi hüquqi normadır”. Bu fikri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Azərbaycan Prezidentinin siyasətinin əsas məzmununu xalqımızın rifahının təmin edilməsi, bütün sosial-iqtisadi və hüquqi münasiətlərdə şəffaflığın təmin edilməsi təşkil edir. Onun sözlərinə görə, Azərbaycanda da qanunlar hamı üçün ümumi məcburi davranış qaydası olduğu üçün hər kəs qanun qarşısında bərabərdir.

“Cinayət törədən şəxslərin hansısa vəzifəni tutması, yaxud hansısa sosial statusu daşıması əsla qanuni cəzanın tətbiq edilməsini məhdudlaşdırmır. Bir neçə vəzifəli şəxsin xüsusi əməliyyat nəticəsində həbs edilməsini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Təəssüf ki, bəzi hallarda hətta müəyyən vəzifəli şəxslər vətəndaşların rifahına yönəlmiş maddi vəsaiti mənimsəyir, yaxud rüşvət və korrupsiya hallarına yol verirlər. Bu, əsla qəbul edilə bilməz. Belə hallara qarşı daim ciddi mübarizə aparılır və hüququn aliliyi təmin edilir. Ona görə də Prezident İlham Əliyev bu məsələyə toxunarkən bildirdi ki, bu cür hallarda iş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin! Hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır. Bu fikirlər əslində bir daha bəzi neqativ hallara, qanunun aliliyinə xəyanət edənlərə ciddi xəbərdarlıqdır”.