YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində inamlı qələbə qazanacaq

“Azərbaycan hüquqi-demokratik dövlətdir. Seçkilər hər bir cəmiyyətdə demokratiyanın əsas atributlarından biridir”. Bu fikirləri YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki,  ölkəmizdə mükəmməl seçki sistemi formalaşıb. Onun sözlərinə görə, Azərbaycanda hər zaman seçkilər azad, demokratik və şəffaf keçirilib.

“Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik bazası  formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman  demokratik və şəffaf seçki keçirilməsi üçün siyasi iradə nümayiş etdirib və bir sıra mühüm əhəmiyyət kəsb edən sənədlər imzalayıb.

“Bir neçə gündən sonra ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün addımlar atılıb. Məlumdur ki, bu seçkilərdə xeyli sayda siyasi partiya təmsilçiləri iştirak edəcək. Buna baxmayaraq, hər zaman olduğu kimi bu dəfə də seçkilərin favoriti Yeni Azərbaycan Partiyasıdır. Yarandığı vaxtdan bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində çox fəal iştirak edir. Ötən günlər ərzində partiyamız uğurlu təbliğat-təşviqat kampaniyası aparıb. Partiyamızın bu seçkilərdə gənclərə və qadınlara böyük etimad göstərərək namizədliklərini irəli sürməsi çox təqdirəlayiq haldır. Şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində inamlı qələbə qazanacaq”-deyə, deputat qeyd edib.