YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Binəqədi rayon təşkilatında Bələdiyyə seçkilərində ilk dəfə səsverəcək seçicilərlə görüş keçirildi

19 dekabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərində ilk dəfə səsverəcək seçicilərlə görüş keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanda bələdiyyələrin 1999-ci ildə formalaşdırıldığını və ötən müddət ərzində bu sahənin inkişafına xidmət edən mühüm islahatların həyata keçirildiyini söylədi. Bu sahənin bundan sonra uğurla fəaliyyət göstərməsi və vətəndaşlara layiqincə xidmət göstərə bilməsi üçün davamlı islahatlara ehtiyac olduğunu diqqətə çatdırdı. YAP Binəqədi rayon təşkilatı tərəfindən seçkilərə hazırlıq mərhələsində görülən işlər haqqında ətraflı danışdı. Seçkilərdə bütün vətəndaşları fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Millət vəkili Elman Nəsirov çıxış edərək ulu öndər Heydər Əliyevin zamanın dühası olaraq ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla dövlətinə, xalqına mühüm töhfə verib və bu partiya fəaliyyətinin bütün illərində ictimai-siyasi proseslərdə fəal iştirakı ilə seçilib. Bu baxımdan hər bir namizədə üz tutaraq bildirdi ki, sizlər üçün bu partiyanın seçkilərdə namizədi olmaq qürurverici olmalı və bu məsuliyyəti daim hiss etməlisiniz. Elman Nəsirov eyni zamanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan, iqtisadiyyatın artım tempindən, dünyanın beynəlxalq təşkilatlarının hesablamalarına görə ən islahatçı ölkələr sırasında qeyd edilməsindən danışdı. Aktiv və paassiv seçki hüquqlarından bəhs etdi. Çıxışının sonunda bütün namizədlərə uğurlar arzu etdi.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında vurğuladı ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs etdi. Dövlət başçısının gənclərin fəaliyyətinə çox böyük önəm verdiyini və onların vətənpərvər gənclər olaraq yetişməsi üçün atdığı addımlardan söhbət açdı. Gənclərimizi daim fəal olmağa, dövlətçiliyimizin və xalqımızın təhlükəsizliyinə zərər verə biləcək qüvvələrə qarşı mübarizə aparmağa səslədi. Bildirdi ki, bu gün gənclərin üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətin inkişafı gənclərin inkişafından asılıdır. Gənclərimiz dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməli, onlara yaradılan şəraitdən səmərəli istifadə edərək dövlətinin və xalqının keşiyində dayanmalıdır. Heç bir antimilli qüvvələrə fikir vermədən dövlətimizin inkişafına səylə çalışmalıdır. Seymur Orucov seçkilərdə partiya tərəfindən irəli sürülən şəxslər arasında gənc namizədlərin sayının artmasını gənclərimizə göstərilən yüksək etimadın göstəricisi olduğunu vurğuladı və onlara uğurlar arzuladı.

Görüşdə çıxış edən gənc namizədlər Anar Əliyev, Günel Məmmədova, Eldar Qurbanov, Nərmin Ağayeva, Aytac Ağayeva, Vüsalə Fətullayeva, Cəmilə İsmayılova seçki proqramlarını açıqladılar. Seçiləcəkləri təqdirdə görəcəkləri işlərdən bəhs etdilər. Həmçinin ilk dəfə səs verəcək gənclər Yeganə Cavadova, Məhəmməd Məhəmmədov, Nigar Aboyeva çıxış edərək bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdılar.

Görüşün sonunda seçiciləri maraqlandıran suallar qonaqlar və namizədlər tərəfindən cavablandırıldı.