YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran İmanov: Azərbaycan beynəlxalq hesabatlarda əqli mülkiyyət sahəsində Cənubi Qafqazın ən qabaqcıl dövləti kimi təqdim olunur

«Ölkə rəhbərliyinin dəstəyi ilə Azərbaycanda müəllif-hüquq sistemi və ümumiyyətlə, əqli mülkiyyət problemləri ilə bağlı mütəmadi beynəlxalq və milli tədbirlər keçirilir. Belə tədbirlər müəlliflik hüququnun, əqli mülkiyyət hüquqlarının tanınmasına və inkişafına xidmət edir». Bu fikirləri Müəlif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, son 20 ildə Azərbaycanın müəllif-hüquq sisteminin dinamik inkişaf edib. Onun sözlərinə görə, ölkədə bu sahədə 40-dan artıq normativ-hüquqi akt və altı qanun, o cümlədən “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edilib.

«Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliklə bağlı müvafiq hesabatlarında Azərbaycanın əqli mülkiyyət institutları MDB məkanında 2013-2014-cü illərdə liderdir. 2010-cu ildən başlayaraq, Azərbaycan bu hesabatlarda əqli mülkiyyət sahəsində Cənubi Qafqazın ən qabaqcıl dövləti kimi təqdim olunur. Ötən illərdə respublikamızda əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qanunvericilik, idarəçilik və məhkəmə sistemləri yaradılıb, müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilib, beynəlxalq standartlara uyğunlaşdırılıb»-deyə, K.İmanov vurğulayıb.