YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP GB-in sədr müavini Avropanın Demokrat Tələbələr Təşkilatının illik Şura iclasında iştirak etmişdir

YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov 26 – 30 noyabr 2014-cü il tarixində İtaliyanın paytaxtı Roma şəhərində Avropanın nüfuzlu təşkilatlarından biri olan Demokrat Tələbələr Təşkilatının (EDS) illik Şura iclasında iştirak etmişdir. 

Müxtəlif  ölkələrdən nümayəndə heyətlərinin iştirak etdiyi iclasda iqtisadi, siyasi və beynəlxalq əlaqələr sahəsində mövzular, insan hüquqları, təhsil, gənclər siyasəti haqqında, eləcə də Demokrat Tələbələr Təşkilatına (EDS) üzv olan təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, növbəti  il üçün həyata keçiriləcək layihə və tədbirlər müzakirə edilmişdir. Sözü gedən iclasda İtaliya hökumətinin nümayəndələri – Parlament üzvləri, Xarici İşlər Komitəsinin sədri, Təhsil Naziri, dövlət qurumlarının, eləcə də Avropada fəaliyyət göstərən nüfuzlu gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov İtaliya parlamentində baş tutan çıxışı zamanı ölkəmizdə uğurla həyata keçirilən daxili və xarici siyasətlə bağlı, həmçinin Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri haqda geniş məlumat vermişdir.  

 

DİGƏR Partiya xəbərləri Arxiv