YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Nizami rayon gəncləri “Xalq üçün” təşviqat aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri bələdiyyə seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiya tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin seçki kampaniyası çərçivəsində növbəti tədbir Nizami rayonunda baş tutub.

YAP Nizami rayon təşkilatının gəncləri insanların gediş-gəlişinin çoxluq təşkil etdiyi ərazilərdə “Xalq üçün” təşviqat aksiyası keçirib.

Gənclər seçki kampaniyası üçün YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış bukletləri insanlara paylayıblar. Eyni zamanda, gənclər Azərbaycanda əldə olunan uğurlar və perspektivə hesablanmış hədəflər haqqında ətraflı izahat işləri aparıblar.

Bukletlə tanış olan insanlar, seçicilər də öz səmimi münasibətləri ilə Yeni Azərbaycan Partiyasına olan etimadını və dəstəyini nümayiş etdiriblər.

Aksiyanın yekun nəticəsi olaraq bu fikir hasil olub ki, seçicilər 23 dekabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək.