YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Sumqayıt seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasıdır

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının seçicilərlə görüşləri davam edir. Növbəti görüş Sumqayıt şəhərində qadın seçicilərlə keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov müstəqil Azərbaycan tarixində keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurlar əldə etdiyini bildirib və qarşıdan gələn bələdiyyə seçkisində də qələbə əldə olunacağına əminliyini ifadə edib: “Bələdiyyələrin formalaşmasında, onun inkişafında Yeni Azərbaycan Partiyasının rolu olduqca böyükdür. Son illərdə şəhərimizin abadlaşdırılması istiqamətində gedən işlərə şəhər bələdiyyəsi də öz töhfəsini verib. Biz insanlarla tez-tez ünsiyyətdə oluruq, onların fikirlərini öyrənirik. Mən əminəm ki, seçicilərimiz görülən işlərin davamlı olmasını istəyir və bunun üçün də dekabrın 23-də məntəqələrə gəlib Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazanmasını şərtləndirib: “Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə inkişafın yeni modeli tətbiq edilir. Ölkəmizdə bütün sahələr inkişaf etməkdədir. Bu inkişaf proseslərində bələdiyyələrin də rolu gündən-günə artır. Mən əminəm ki, Sumqayıt şəhərinin qadın seçiciləri dekabrın 23-də maksimum aktivlik nümayiş etdirəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.

Tədbirdə çıxış edən şəhər bələdiyyəsinə YAP tərəfindən irəli sürülmüş namizədlər Sultan Əsədov, Zeynəb Məmmədyarova, Musa Həsənov və başqaları bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bölüşüblər.