Partiya xəbərləri
Şamaxı rayonunda qadın seçicilərlə görüş keçirildi

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Şamaxı rayon bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlarla görüş keçirilib.
Görüşdə Millət Vəkili Kamilə Əliyeva və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrəhimovada iştirak etmişlər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Sonra çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak etdiyini söyləyib. O deyib ki, qadınlar intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verirlər: Qadınlar ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərirlər. Bütün bunlar dövlət tərəfindən yaradılan əlverişli imkanlar, mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında mümkün olub. Müasir Azərbaycan gənc qadınları unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
Bəxtiyar Abbasov əlavə edib ki, bələdiyyə seçkilərində namizədlərin sırasında qadınların və gənclərin çoxluq təşkil etməsi YAP-ın onlara olan diqqət və qayğısının nəticəsidir.
Gənc qadın namizəd Nuranə Məmmədova və Güney Məmmədova bildirib ki, seçkilərdə də gənclərə və xanımlara üstünlük verildi və bu da özlüyündə sübut edir ki, Azərbaycan dövləti və Yeni Azərbaycan Partiyası gənclərin və qadınlarının inkişafına böyük töhfələr verirlər: “Biz bütün seçkilərdə aktiv olmalıyıq. Seçki məntəqələrinə getməliyik, səsimizi verməliyik. İnanın, bununla da biz gənc ikən dövlətimizin inkişafına kiçicik də olsa, töhfəmizi vermiş olacağıq. Mənim seçimim əlbəttə ki, xalq üçün çalışan Yeni Azərbaycan Partiyasıdır. Dekabrın 23-də mən və ailəm YAP-ın namizədlərinə səs verəcəyik”.
Milli Məclisin deputatı Kamilə Əliyeva isə çıxışında deyib ki, bu gün Azərbaycan qadınlarının ictimai həyatın bütün sahələrində dolğun fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin qadınlarının fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Deputat qadınlara seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə dəvət edib.
Sonra Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrəhimovada söyləyib ki, biz qadınlar müstəqil ölkəmizin gələcəyi olan kəslər kimi seçki amilinə çox diqqətlə yanaşmalıyıq: “Seçkilərdə iştirak etmək bizim siyasi şüur, siyasi mədəniyyət səviyyəmizi göstərir. Seçkilərdə iştirak etmək bizim Vətənimizə, dövlətçiliyimə sədaqətimizi, sahibliyimizi bildirir. Seçkilərdə iştirak etməklə biz dünyaya varlığımızı nümayiş etdiririk. Bu mənada bütün qadınlarımızı Vətənimizə, dövlətçiliyimizə sədaqətimizi, bağlılığımızı, sahibliyimizi nümayiş etdirmək üçün seçkilərdə iştirak edək və xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verək”.
Sonda çıxış edən digər seçicilər də xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
YAP-ın namizədlərinin seçicilərlə görüşü yüksək əhval-ruhiyyə şəraitində baş tutub, onların müxtəlif sualları cavablandırılıb.