Partiya xəbərləri
YAP Nərimanov rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar təhsil sahəsində çalışan seçicilərlə görüş olub

Dekabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təhsil sahəsində çalışan seçicilərlə görüş olub.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib. YAP Nərimanov rayon təşkilatında fəaliyyət göstərən seçki qərargahı ilə bağlı bağlı danışan T.Tağıyev seçkilərin təbliğat kampaniyasının uğurla davam etdirildiyini söyləyib.
Sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və təkmilləşdiyini bildirib. Hikmət Babaoğlu qarşıdan gələn bələdiyyə seçkilərində gənc və xanım namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. YAP-ın yarandığı vaxtdan bütün seçkilərdə qələbə qazandığını deyən millət vəkili qarşıdan gələn bələdiyyə seçkilərində də inamlı qələbə qazanacağını söyləyib. O, bütün namizədlərə uğurlar arzulayıb.
Tədbirdə YAP tərəfindən Nərimanov bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüş Tamerlan Əkbərov seçiciləri seçki günü fəal olmağa olmağa və partiyamızın namizədlərinə səs verməyə çağırıb.