YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qaradağ rayonunda təbliğat kampaniyası davam edir

Qaradağ rayonunun Səngəçal qəsəbəsində Yeni Azərbaycan Partiyası tərəfindən bədiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş nümayəndələrlə seçicilərlərin görüşü keçirildi.

YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri Aydın Hüseynov namizədləri təqdim edərək seçkilərlə bağlı fikrini bildirdi. Qeyd etdi ki, demokratik şəraitdə yaşadığımız indiki bir vaxtda xalq öz taleyini həll etmək üçün seçkilərdə yekdilliklə iştirak etməli və istədiyi namizədə səs verməlidir. Bu mənada YAP iqtidar partiyası olduğundan üzərinə ikiqat məsuliyyət hissi düşür. Birincisi, seçkilərin ədalətli, səffaf və demokratik keçirilməsinə şərait yaratmaq. İkincisi isə seçicilərin mütləq səsini qazanmaqla onların arzu və istəyini həyata keçirməkdir. Ötən dövrlər ərzində keçirilən seçkilər bir daha sübut etdi ki, partiyamız xalqın etimadını həmişə əməli işi ilə doğruldub.  

Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər qəsəbədə nəzərdə tutular işlər barədə fikir və təkliflərini bildirdilər.

Sonda qəsəbə sakinləri çıxış edərək növbəti seçkilərdə də fəalliq göstərəcəklərini və partiyanın fəalyyətinə yüksək qiymətlərini onun namizədlərinə səs verməklə bildirəcəklərini dedilər.