YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti  Çoummali Sayasoneyə  bu ölkənin milli bayramı – Respublika günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Laos xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.”