YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir

YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir.

Ötən gün rayonun Soğanverdilər, Şahvəlilər, Mustafaağalı kənd seçiciləri ilə görüş keçirilmişdir.

Görüşlərdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Səba Məmmədova, Cavid İbişov, Şəmil Behbudov, Liza Cabbarova, Püstə Mehdiyeva, Soğanverdilər, Şahvəlilər, Mustafaağalı bələdiyyəsi üzrə namizədlərdən Hidayət Məmmədov, Sənubər Fətəliyeva, Cehunə Baxışova, İsmayıl Nəsirov, Rasif Məmmədov, Ülvi Cavadov çıxış edərək bildiriblər ki, bələdiyyələrin ölkəmizdə formalaşmasıxalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranıb. Onlar «Xalq üçün» devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandıqlarını bildirərək, seçiciləri fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırmışlar.