YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Xarici İşlər naziri Latviya Milli Kitabxanasında olub

Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Milli Kitabxanasında olub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarovu Milli Kitabxananın direktoru Andris Vilks qarşılayıb. Kitabxana haqqında məlumat verən A.Vilks Xarici İşlər nazirinə kitab hədiyyə edib.

Nazir Elmar Məmmədyarov Latviya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında daimi təmasların xalqlararası əlaqələrə töhfə verəcəyini qeyd edib. Öz növbəsində nazir, Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitabı hədiyyə edib. Elmar Məmmədyarov, həmçinin Kitabxanada yaradılmış və ölkəmizə həsr edilmiş müxtəlif kitablardan ibarət daimi Azərbaycan guşəsi ilə tanış olub.

 

DİGƏR Xəbərlər Arxiv