YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Qusman: Heydər Əliyevin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır

Heydər Əliyevin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır.

Bunu Trend-ə TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin həyatdan getdiyi faciəvi gün uzaqlaşdıqca, onun şəxsiyyətinin miqyası, müasir Azərbaycanın yaranmasına verdiyi qiymətsiz töhfənin əhəmiyyəti daha çox anlaşılır:

“Xalqın xahişi ilə Vətənə qayıdan Heydər Əliyev sevimli Azərbaycanını çox ağır vəziyyətdə tapdı. Ölkəni faktiki olaraq parçalara ayırırdılar. Dövlət Qarabağda separatçıların başladığı müharibədən əziyyət çəkirdi. Xəzinə boşalmışdı. Azərbaycan daxilindəki antimilli qüvvələr öz tamahkar məqsədləri üçün onsuz da dramatik olan vəziyyəti daha da çətinləşdirmək üçün fəaliyyət göstərirdilər”.

O vurğulayıb ki, yalnız Heydər Əliyevə məxsus əyilməz iradə, dərin siyasi istedad, fövqəladə strateji görüş ona ona kifayət qədər qısa müddət ərzində Azərbaycan cəmiyyətinin ən sağlam qüvvələrini, əsl vətənpərvərləri ətrafına toplamağa imkan verdi:

“Yalnız xalqın öz liderinin müdrikliyinə inamı Azərbaycanı həmin an qaçılmaz görünən faciədən xilas etdi. Yeri gəlmişkən, mən bir müddət əvvəl Rusiyanın sabiq yanacaq və energetika naziri, Azərbaycanda olmuş və Heydər Əliyevlə görüşmüş Yuri Şafraniklə söhbət etdim. O bildirib ki, heç bir ölkə Azərbaycanın o dövrdə düşdüyü qədər ağır bir vəziyyətdə olmayıb. Heydər Əliyevin qəbul etdiyi qərarlar ölkəni xilas etməyə, dərin siyasi və iqtisadi böhrandan çıxarmağa imkan verdi”.

M.Qusman deyib ki, bu kontekstdə Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə bağlı tarixi, müdrik qərarını xüsusi qeyd etmək lazmdır:

“Mən hər zaman Heydər Əliyevin Azərbaycanın xilaskarı adlandırmışam və adlandırıram. Tamamilə aydındır ki, o dövrdə Heydər Əliyevin liderliyi olmasa idi, ölkənin taleyi necə olacaqdı. Onun möhkəm daxili və çoxqütblü xarici siyasəti Azərbaycana çox qısa müddətdə kənarında dayandığı uçurumdan xilas olmağa, bundan əlavə, müasir, inkişaf etmiş və güclü dövlətin əsasını qoymağa imkan verdi”.

O vurğulayıb ki, əgər Heydər Əliyev ölkənin xilaskarıdırsa, Prezident İlham Əliyev müasir Azərbaycanın memarıdır:

“Prezident İlham Əliyevə ümummilli lider Heydər Əliyevdən dövlət quruculuğunun siyasi, iqtisadi, inzibati, sosial və mədəni sahələrində siyasi uzaqgörənlik və müasir dünyada mürəkkəb dəyişiklikləri proqnozlaşdırmaq qabiliyyəti miras qalıb. Suveren, müstəqil Azərbaycanın rəhbəri olaraq o, bu bacarıqları gündəlik fəaliyyətində tətbiq edir. Bu gün Azərbaycan dünyanın ən aparıcı və inkişaf etmiş ölkələrindən biridir və bu, qeyd-şərtsiz Prezident İlham Əliyevin xidmətidir”.