YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb

23 dekabr bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıqla başlayan YAP Gəncə şəhər təşkilatı partiyanın bələdiyyələrə namizədlərinin seçicilərlə görüşünü təşkil edir, onlara platformalarını açıqlamaq, gələcəkdə görəcəkləri işlər barədə ətraflı məlumat vermək imkanı yaradır.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncə Dövlət Dram Teatrında YAP tərəfindən irəli sürülmüş Gəncə şəhər Nizami Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, idarə, müəssisə və təşkilat rəhbərləri, Bələdiyyə seçkilərinə namizədlər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Millət vəkili Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən xalqın partiyası olduğunu, müstəqil, müasir Azərbaycanın inkişafı, tərəqqisi yolunda əzmlə çalışdığını diqqətə çatdırıb. Partiyanın Sədri, ölkə Prezidenti, İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların xalqın yaşayış səviyyəsinin daha da yüksəldilməsinə xidmət etdiyini vurğulayan Naqif Həmzəyev ölkəmizdə həyata keçirilən siyasətin cəmiyyətimizdə demokratik ənənələri daha da möhkəmləndirdiyini bildirib. Millət vəkili çıxışında 20 yaşlı Azərbaycan bələdiyyələrinin inkişaf yoluna nəzər salıb, qısa zaman kəsiyində bələdiyyələrin inzibati əraziləri daxilində sakinlər üçün görüldüyü işlərdən danışıb, xalqın etimadını əməli fəaliyyəti ilə hər zaman doğruldan partiyamızın nəmizədlərinin bu seçkidə də qələbə qazanacaqlarına inandığını qeyd edib.

Millət vəkili Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının alı məqsədindən- dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin bütün sahələrinin dinamik inkişaf etdirilməsi, əhalinin sosial şəraitinin durmadan yüksəldilməsi yolundakı fəaliyyətindən bəhs edib. Qeyd edib ki, həyata keçirilən proqramların nəticəsidir ki, ölkə vətəndaşları hər zaman Prezident İlham Əliyevin sədri olduğu siyasi təşkilata böyük etimad göstərib, ruh yüksəkliyi ilə partiyanın sıralarında təmsil olunublar. Xalqın 23 dekabrda keçiriləcək V çağırış bələdiyyə seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir.

Təbliğat-təşviqat qrupunun üzvləri Həsənbala Sadıqov və Hüseyn Bəxtiyarov çıxış edərək seçkilərin yüksək səviyyədə, tam demokratik şəraitdə keçiriləciyini, alternativsiz partiya tərəfindən irəli sürülmüş namizədlərin növbəti 5 ildə bələdiyyə sahəsində seçicilərinə ləyaqətlə xidmət edəcəklərini bildiriblər.

Bələdiyyə üzvlüyünə namizədlər Zülfiyyə Həsənova və Şəfa Musayeva çıxış edərək platformaları barədə seçicilərə ətraflı məlumat verib, müstəqil Azərbaycana, dövlətimizə xalqımıza ləyaqətlə xidmət etmək üçün hazır olduqlarını bildirib, bələdiyyə üzvü seçiləcəkləri təqdirdə onlara göstərilən etimadı doğrultmağa çalışaçaqlarını vurğulayıblar.