YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi

YAP Xətai rayon təşkilatının Qadınlar Şurasının sədri Aygün Əhmədli bildirdi ki, Azərbaycan bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır. Paytaxt və bölgələrimiz quruculuq meydançasını xatırladır.

A.Əhmədli qeyd etdi ki,  bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, parlament və bələdiyyələrdə qadınların təmsilçilik faizi artıb. YAP Xətai rayon təşkilatından irəli sürülən 32 namizədin böyük əksəriyyətini qadınlar təşkil edir. Bu, ölkəmizdə qadınlara diqqət və qayğının, onların ölkənin ictimai-siyasi həyatında fəallıqlarının artırılmasının göstəricisidir.

YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirdi ki,   tədbirdə  hiss olunan xoş əhval-ruhiyyə   seçicilərin, həmçinin seçkilərə qatılan qadın namizədlərin fəallığının göstəricisidir.

O da bildirildi ki, bu gun ölkəmizdə bələdiyyələrin rolu artır.  Bəldiyyələrin son illərdə gördüyü işlər vətəndaş məmnunluğunun artırılmasında stimulverici amil rolunu oynayır. Hər bir bələdiyyə üzvü üzərinə düşən məsuliyyəti  lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə  yüksək səviyyədə nail olmağa  töhfə vermiş olar.

S.Hüseynova seçiciləri  fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək verməyə  çağırdı.

Namizədlərdən Nərminə Hacıyeva, Səbinə Paşayeva və başqaları çıxış edərək   platformalarını seçicilərin diqqətinə çatdırdılar.

Seçicilərə  seçki günü üçün yaddaş  kitabçası təqdim olundu.