YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Qqadınlar Şurasının təşəbbüsü ilə 23 dekbrda keçirləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib.

Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Milli Məclisin deputatları Sahibə Qafarova, Pərvin Kərimzadə və  Sona Əliyeva iştirak ediblər.

Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq, rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, eyni zamanda, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib.

Çıxış edən Milli Məclisinin deputatı Sahibə Qafarova bildirib ki, YAP-ın xalq üçün, Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi, onun namizədlərinin qələbəsini şərtləndirmiş olur. S.Qafarova deyib ki, Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyevin Sədri olduğu partiyanın namizədlərinin qarşıdan gələn seçkilərdə də qalib gələcəyinə əmindir: “Bunu hər bir rayonda, şəhərdə, ümumiyyətlə, respublikada görülən işlər təsdiq edir. Bu gün Azərbaycanın siyasi arenasında Prezident İlham Əliyevə və Sədri olduğu YAP-a alternativ ola biləcək qüvvə yoxdur. Ona görə də Yeni Azərbaycan Partiyası xalqımızın alternativsiz seçimidir”.

Sona çıxış edən Milli Məclisinin deputatı, YAP Gəncə şəhər Qadınlar Şurasının sədri Pərvin Kərimzadə Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun əvəzsiz olduğunu qeyd söyləyib. Millət vəkili, qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və bütün namizədlərə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Milli Məclisinin deputatı Sona Əliyeva respublikamızda dövlət qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də layiqli qadın namizədlərin sayının kifayət qədər çox olduğunu və eyni zamanda, YAP-ın namizədlərinin hər bir qadın üzvü tərəfindən dəstəklənəcəyini qeyd edib.

Yekunda çıxış edən rayon seçicilərindən Südabə Vəliyeva, İlhamə İbrahimova, Elnarə Rəsulova və digərləri xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

Sonda YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində “Xalq üçün “ adlı hazırladığı vidoçarx nümayiş olunub.