YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatı  dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur: “İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.

Tədbirdə digər çıxış edənlər rayonda bələdiyyə seçkilərinin ədalətli, şəffaf, müvafiq seçki qanunvericiliyinə uyğun həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin uğurla yekunlaşacağını və bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gələcəyinə əmin olduqlarını bildiriblər.

 

DİGƏR Partiya xəbərləri Arxiv