YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında dekabrın 23-də  keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkilatın Qadınlar Şurasının üzvləri ilə görüş keçirilib. YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, görüşün məqsədi bələdiyyə seçkilərində qadınların fəallığının artırılmasından ibarətdir.

Azərbaycanda dövlət qadın siyasətinin əhəmiyyətindən danışan M.İbrahimqızı qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, qadınlarımız Azərbaycan cəmiyyətinin aparıcı qüvvələrindən biridir və qadınlar dövlət idarəetmə orqanlarında, seçkili orqanlarda fəal şəkildə təmsil olunurlar. M.İbrahimqızı həmçinin Yeni Azərbaycan Partiyasının sıralarında cəmiyyətdə tanınmış, ziyalı qadınların təmsil olunduğunu diqqətə çatdırıb.

Təşkilat sədri, eyni zamanda, YAP tərəfindən Nəsimi bələdiyəsinə namizədliyi irəli sürülmüş şəxsləri təqdim edib, qadınları təbliğat-təşviqat prosesində, eləcə də səsvermə günü fəallıq göstərməyə çağırıb.

Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova YAP-ın cəmiyyət həyatındakı mövqeyindən, həyata keçirilən layihələrdən, o cümlədən YAP Qadınlar Şurasının fəaliyyətindən geniş bəhs edib. M.İbrahimova ölkəmizin inkişafında qadınların da özünəməxsus payının olduğunu söyləyib. Bələdiyyə üzvlüyünə namizəd məsələsində partiyamızın qadınlara da böyük etimad göstərdiyini deyən M.İbrahimova 23 dekabrda qadınları fəal olmağa çağırıb.

Sonda tədbir iştirakçılarına seçki təşviqatı  materialları paylanılıb.