YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndoneziyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markaları nəşr olunub

Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Cakartada təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib.

Bu münasibətlə Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev “İndoneziya Poçt” dövlət şirkətinin Cakarta mərkəzi ofisinin rəhbəri Onni Hadiono ilə görüşüb.

Görüşdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlıq və multikulturalizm ənənələri, müasir inkişafı, iqtisadiyyatı, xarici siyasəti, ölkədə həyata keçirilən sosial islahatlar və əldə olunmuş nailiyyətlər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun ölkəmizin tarixindəki müstəsna rolu haqqında ətraflı məlumat verilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu problemin həllində Azərbaycanın haqlı mövqeyi barədə məlumatlar da qeyd edilib.

C.Mirzəyev ulu öndər Heydər Əliyevə həsr olunmuş və İndoneziya dilində nəşr edilən kitabı xatirə olaraq qarşı tərəfə hədiyyə edib.

Ümummilli lider Heydər Əliyev və dövlət bayrağımızın birgə təsviri olan poçt markaları İndoneziya poçt şəbəkəsində istifadə üçün cari ilin dekabrından dövriyyəyə buraxılıb.