YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıqla başlayan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Seçki qərargahının təbliğat-təşviqat qrupu dekabrın 9-da növbəti görüşünü rayonun Qaravəlli kəndində Qaravəlli, İsaqbağı və Böyük Dəkkə kəndlərindən olan seçicilərlə keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Səbuhi Kərimov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində müstəqil Azərbaycan dövlətinin inkişafına mühüm töhfələr vermişdir və hazırda bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlər, əsasən gənclər irəli sürülmüşdür.

Azərbaycan gənci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur, dövlətimiz və partiyamız bacarıqlı, istedadlı gənclərin uğurla irəli getmələri üçün geniş meydan açıb, zəruri tədbirlər həyata keçirir.

Daha sonra çıxış edən YAP-ın Zərdab rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Rəmzi Şirinov, Gülnaz Məmmədova, Dərya Məmmədova, Həsən Abulov, Mübariz Umarov cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar. Natiqlər bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən Zərdablılar əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək mütəşəkkilliklə keçirilməsinə nail olacaqlar.

Tədbir iştirakçıları seçkidə YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi fəal olmağa, “Xalq üçün” səsverməyə çağırıblar.