YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bələdiyyə seçkilərinin təbliğat-təşviqat kompaniyası çərçivəsində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, şəhərin ictimai-siyasi həyatında daim öndə olan partiya fəalları və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan millət vəkili Pərvin Kərimzadə bələdiyyə üzvlüyünə namizədləri təbrik edib, onlara qarşıdan gələn seçkilərdə uğurlar arzulayıb. Millət vəkili bildirib ki, ölkəmizin siyası arenasında özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyası bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedib. 23 dekabr-Bələdiyyə seçkilərində YAP-ın böyük qələbə qazanmasına yerli özünüidarəetmə orqanlarında partiyamızın yüksək təmsilçiliyinin təmin olunması əsas verir. Çünki Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz, o cümlədən regionlar dinamik inkişaf edir. Paytaxt Bakı ilə yanaşı ən ucqar kəndlərdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf kimi amillər insanların rifah halının yaxşılaşmasında müsbət dəyişikliklərə səbəb olub.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edən Pərvin Kərimzadə bələdiyyə seçkilərində namizədlər içərisində qadınların sayının üstünlük təşkil etdiyini, bunu da qarşıdan gələn bələdiyyə seçkilərində iş prosesinə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Rəfiqə Sadıqova, Gülsüm Fətəliyeva, Aidə Qasımova, Naciyə Əliyeva, Günay Nəsibova və Zülfiyyə Həsənova cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar. Natiqlər bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gəncəlilər əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar.

Tədbir iştirakçıları bələdiyyə seçkilərində YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi fəal olmağa, “Xalq üçün” səsverməyə çağırıblar.