YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

YAP Kürdəmir  rayon təşkilatı tərəfindən 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Növbəti görüş Kürdəmir şəhərinin Cənub hissəsi, rayonunun Şıxımlı, Atakişili  kəndlərinin seçiciləri  ilə keçirilib. 

Görüşlərdə  YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir  rayon şöbəsinin sədri Ağali Kərimli, YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir  rayon şöbəsinin üzvləri Elmira Süleymanova,  Qızlar  Əzizova,  Məhəmməd  Heydərli  iştirak  ediblər. 

YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir  rayon şöbəsinin sədri  Ağali Kərimli  çıxış edərək bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də yüksək fəallıqla başlayıb. A.Kərimli müasir müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının cəmiyyətin demokratikləşməsindəki müstəsna yeri və rolu, ölkəmizdə keçirilmiş bütün seçkilərdə qazandığı parlaq qələbələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmizin əldə etdiyi misilsiz siyasi, iqtisadi, sosial, mədəni nailiyyətlər, əhalinin sosial rifahının daha da yüksəldilməsi məqsədilə icra olunan sosial layihələr, ölkəmizdə yerli özünü idarəetmə strukturları olan bələdiyyə institutunun inkişafı və fəaliyyət mexanizmi üçün yaradılmış zəruri qanunvericilik bazası, xüsusilə son dövrdə bələdiyyələrin maliyyə mənbələrində yaradılmış yeni imkanlar və bələdiyyələrlə bağlı görüləcək işlər haqqında seçicilərə ətraflı məlumat verib. Ağali Kərimli  bütün seçiciləri seçki günü seçki məntəqələrinə dəvət edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.

Yığıncaqda  çıxış edən Elmira Süleymanova, Qızlar Əzizova, Türfə Kərimova, çıxış edərək seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.