YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib. Tədbirdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Fuad Ağayev, Liza Cabbarova, Elşən Məmmədov, Mollalı və Məşədiibişli bələdiyyəsi üzrə namizədlərdən Hafiz Məmmədov, Razim Sadıqov, Habil Qənbərov, Cavid Muxtarlı çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin inkişafına mühüm töhfələr verib və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Natiqlər 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü bildirərək seçiciləri fəallığa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.