YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatı İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyasında fəallıq göstərib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncədə ağacəkmə aksiyası keçirilib.

“Təbiətə öz töhfəni ver” devizi altında keçirilən aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, icra strukturlarının nümayəndələri, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri, YAP fəalları, ictimaiyyət nümayəndələri gənclər iştirak ediblər.

“Bir gündə 650 min ağac əkək” kampaniyasında şəhər ictimaiyyəti ilə yanaşı Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının fəalları böyük coşqu və ruh yüksəkliyi ilə qoşulublar. Bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı kampaniya çərçivəsində Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məğbərəsi ətrafında 10 mindən artıq Eldar şamı və dekorativ ağaclar əkilib.

Aksiya zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasənda ifasında müxtəlif musiqi parçaları səsləndirilib, Gəncə Dövlət Dram Teatrı kollektivinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.