YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: İnsan müasir zamanda təbiəti qorumaq üçün böyük səy göstərməlidir

Ətraf mühitin qorunması məqsədilə keçirilən bütün tədbirləri mütərəqqi hadisə hesab edirəm.

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində keçirilən ekoloji aksiya zamanı deyib.

“Qlobal miqyasda ətraf mühitin qorunması çox ciddi məsələdir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsü ətraf mühitin qorunması, yaşıllıq zonalarının salınması baxımından çox mühüm bir işdir. Bu aksiya dahi şairimiz İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. İnsan müasir zamanda təbiəti qorumaq üçün böyük səy göstərməlidir. Hər bir kəs ən azından bir ağac əkməlidir. Əgər belə etsək rayonlarımız yaşıllaşar, ətraf mühit sağlamlaşar”, - deyə M.Qurbanlı bildirib.