YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Ağstafa rayon təşkilatının qərargahında təşkilatın fəalları ilə görüş keçirilib

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatının qərargahında təşkilatın fəalları ilə görüş keçirilib.

Görüşü YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq bildirib ki, hər beş ildən bir keçirilən bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur: “İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hər tərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.

Tədbirdə Kamran Abbasov, Azər Hüseynov, Mətanət İsayeva, Taleh Hüseynov və digər partiya fəalları çıxış edərək rayonda bələdiyyə seçkilərinin ədalətli, şəffaf, müvafiq seçki qanunvericiliyinə uyğun formada həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işləri uğurla yekunlaşacağını və bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının yenidən qalib gələcəyini bildiriblər.