YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qaradağ rayon təşkilatında seçicilərlə görüş keçirilib

23 dekabrda ölkəmizdə keçiriləcəkək  bələdiyyə seçkiləri ilə əlaqədar olaraq YAP Qaradağ rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Kampaniya çərçivəsində YAP Qaradağ rayon təşkilatı partiya  tərəfindən  irəli sürülmüş bir qrup namizədlərlə  görüş keçirilib.
Görüşdə  YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı  Aydın Hüseynov bələdiyyə seçkilərinin ölkəmiz üçün əhəmiyyətindən danışıb, seçiciləri partiyamızın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə Qızıldaş bələdiyyəsi üzvlüyünə namizəd  İdris Alişanov, Sahil bələdiyyəsi üzvlüyünə namizəd Elmira Əliyeva, Ələt bələdiyyəsi üzvlüyünə namizəd Azad Musayev və digərləri çıxış edərək seçiciləri 23 dekabrda fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.