YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan gəncləri Prezident İlham Əliyevin dəyərli tövsiyələrini öz fəaliyyətlərində daim öndə tutmalıdır

“Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədlərindən biri  yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev gənclərə çox dəyərli tövsiyələr verdi. Azərbaycan gəncliyi bu tövsiyələri həyat və fəaliyyətlərində daim öndə tutmalıdır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, dövlətimizin çıxışının ana xətti ondan ibarətdir ki, Azərbaycan bundan sonrakı inkişafında da yalnız özünə güvənməlidir və bu prosesdə gənclərimiz aparıcı rol oynamalıdır. Gənclərimiz tariximizə sahib çıxmalı, milli adət-ənənələrimizə sadiq olmalıdır. Onun sözlərinə görə, müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi: “Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri tariximizi dərindən bilməli, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”-deyən dövlətimizin başçısı gənclərin qarşısında duran vəzifələrdən geniş bəhs etdi”.

Millət vəkilinin sözlərinə görə, çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışdı, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğuladı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd etdi.

“Xüsusilə, dünyada baş verən proseslərə, ikili standartlara toxunan Prezident İlham Əliyev qeyd etdi ki, müəyyən xarici dairələr Azərbaycanın inkişafını istəmir. Ona görə də, biz həmrəylik nümayiş etdirməli, yalnız öz birliyimizə, öz gücümüzə güvənməliyik. Azərbaycan vətəndaşları bundan sonra da Prezidentimizin ətrafında sıx birləşməli, milli mənəvi dəyərlərimizi qorumalı, vətəndaşlarımız gələcək inkişafımız naminə bütün imkanlarını səfərbər etməlidir”-deyə, S.Hüseynova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv