YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: 2020-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortaya keçilməsi tamamilə realdır

“Ötən müddət ərzində icbari tibbi sığortaya keçidlə bağlı böyük işlər görülüb”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişiklər bu sistemin ölkə üzrə tətbiqi ilə əlaqədardır. Onun sözlərinə görə, icbari tibbi sığorta Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial islahatların ən vacib komponentlərindən biridir, çox böyük bir sosial proqramdır.

“Aparılan müzakirə göstərib ki, 2020-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortaya keçilməsi tamamilə realdır. Amma qanunvericilik bazası da yenilənməlidir. Çünki “Tibbi sığorta haqqında” Qanun 20 il əvvəl qəbul olunub, bir il öncə qanuna 100-dən artıq dəyişiklik edilib, hazırda daha 126 dəyişikliyin olunması zərurəti meydana gəlib. Bütün bunlar bu sistemin yüksək səviyyədə tətbiqi ilə əlaqədardır”-deyə, komitə sədri vurğulayıb.