YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə YAP Hacıqabul rayon təşkilatında tədbir keçirildi

Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə YAP Hacıqabul rayon təşkilatında tədbir keçirildi.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Yeni Azərbaycan Partiyasına həsr olunmuş qısametrajlı film nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov açdı, partiyanın yaranması və keçdiyi şərəfli yol barədə geniş məruzə ilə çıxış etdi.

Sonra ilk partiya təşkilat sədri Gülüstan Almazova, YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Firdovsi İbrahimov çıxış etdilər.

Daha sonra Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Hacıqabul rayon təşkilatı Qadınlar Şurasının sədri Zeynəb Yunuslu çıxış etdi.

DİGƏR Partiya xəbərləri Arxiv