YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə YAP Qaradağ rayon təşkilatı tədbir keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə YAP Qaradağ rayon təşkilatı tərəfindən rayonun  Heydər Əliyev mərkəzində tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin ərazisində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və Ümummilli Liderin xatirəsini ehtiramla yad etdilər. Daha sonra tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olundu. Video-çarxın nümayişindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov partiyanın keçdiyi şərəfli yoldan danışdı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoyub.

Qeyd olundu ki, YAP siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynayır. İnanırıq ki, bundan sonra da belə davam edəcək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyalarını yaşadacaq.   

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Munis Bayramov Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini faktlarla qryd etdi.

 YAP İcra Katibliyinin şöbə müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında bildirib ki, xalqımızın təkidli tələbi nəticəsində Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin layiqli rəhbəri olaraq, ölkəmizin uğur formulunun əsasını qoydu. Bu gün də bu uğurlu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını daha da gücləndirir. Artıq YAP nəinki regionda, dünyada nüfuzlu bir siyasi təşkilat kimi tanınır. Belə ki, YAP geniş beynəlxalq əlaqələrə malikdir və bu əlaqələr daim genişlənməkdədir. Həm Avropa, həm də Asiya ölkələrində fəaliyət göstərən siyasi partiyalarla, eləcə də siyasi partiyaların birləşdiyi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik.

Millət vəkili partiyanın 1992-ci ildən üzvü olan və təşkilatın inkişafında xüsusi xidmətləri ilə seçilən təhsil işçisi Hicrət xanım Qaradağlının fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edərək 70 illiyi manasibətilə ona icra katibliyinin Fəxri Fərmanını təqdim etməklə xoş arzularını bildirdi.

Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov partiyanın cəmiyyətimizdə, müstəqil respublikamızın inkişafında və iqtisadi qüdrətinin durmadan artırılmasında rolunu yüksək dəyərləndirərək yeni-yeni uğurlar arzuladı

YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə və gənc fəal Röya Rzayeva çıxış edərək  dövlət müstəqilliyimizin, partiya maraqlarının müdafiəsində, qorunmasında və inkişaf etdirilməsində gənclərin qarşısında duran mühüm vəzifələrdən danışdı.

Sonda partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim olundu və bir qrup partiya fəalı isə rayon təşkilatının ictimai-siyasi həyatında iştirakına görə fəxri fərmanla və mükafatlarla təltif edildi.