YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı Saatlı rayonunda tədbir keçirildi

Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı Saatlı rayonunun Heydər Əliyev və Gənclər Mərkəzlərində tədbir keçirildi. Tədbirdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev çıxış edərək partiyanın yaranmasından, bu illər ərzində partiyanın əldə etdiyi nailiyyətlərdən danışdı.

YAP Saatlı rayon təşkilatının sədr müavini Elçin Qiyasov çıxışında qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı.

YAP Saatlı rayon Qadınlar Şurasının sədri Reyhan Ocaqova çıxış edərək  qeyd etdi ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdən, öz sözü, mövqeyi, prinsipial xarici siyasəti olan dövlətdir.