YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatı partiyanın yaradılmasının 27 illiyinə həsr olunan tədbir keçirdi

YAP Xətai rayon təşkilatının «Qaz İxracı İdarəsi» üzrə ərazi ilk təşkilatında keçirilən tədbiri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə açan İdarənin rəisi Əkbər Hacıyev bildirdi ki,  Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyası çətinliklərdən uğurla  çıxaraq böyük şərəfli yol keçmiş, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirmiş,  cəmiyyətin aparıcı siyasi  qüvvəsi kimi müxtəlif kateqoriyadan onlan insanları ətrafında sıx birləşdirərək gələcəyə doğru inamla irəliləyir.

     YAP Xətai rayon təşkilatının «Qaz İxracı İdarəsi» üzrə ərazi ilk təşkilatının sədr müavini Vilayət Mirzəyev   hesabat dövrü ərzində görülən işlərdən bəhs edərək bildirdi ki,  ərazi ilk təşkilatının hər bir üzvü ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, öz töhfəsini verməyə səy göstərir. 

    «Dahi şəxsiyyət  Heydər Əliyevin 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi» söyləyən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki,  1993-cü ildə xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olan  Azərbaycan  bütün çətin anları geridə qoyaraq, inkişaf yoluna çıxdı. 28 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təmələ, bazaya əsaslanaraq, inkişaf, tərəqqi yolunda inamla irəliləyir.

      2019-cu ilin ölkəmizdə bələdiyyə seçkiləri ili olduğunu önə çəkən H.Mirələmov Yeni Azərbaycan Partiyasının bu seçki prosesindən də böyük qələbə ilə çıxacağına əminliyini ifadə etdi.

Sonra təşkilati məsələlərə baxıldı. 11 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqləndi.  Qaz İxracı İdarəsinin rəisi Əkbər Hacıyev YAP Xətai rayon təşkilatının «Qaz İxracı İdarəsi» üzrə  ərazi ilk təşkilatının sədri, Vilayət Mirzəyev ərazi ilk təşkilatının sədr müavini seçildi. Partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim edildi.